Qonaq Kitabı
Gözəlim, zülfi-siyahin yaranıb şanə üçün

Gözəlim, zülfi-siyahin yaranıb şanə üçün,

Onu zəncir eləmə hər dəli-divanə üçün.

 

Eşqinin sirrini gəl söylə öz aşiqlərinə,

Hər yetən yerdə gedib söyləmə biganə üçün.

 

Anlayıb qədrini öz yurdunun, hörmət bəslə,

Bir xəyal eylə ki, var olmusan, aya, nə üçün.

 

Uyma öz ləfzinə quşlar kimi, olma qafil!

Özünü saxla, düşərsən tora bir danə üçün.

 

İrs qalmış sənə fəzlə hünər əcdadından,

Vətən uğrunda ölümdən daha pərva nə üçün?

 

Yan, diril, ölmə, vətən şəminə hər gün min yol,

Örnək ol eşqdə bundan belə pərvanə üçün.

 

Bədriya, gəl vətənin eşqinə qaldır badə,

Qoy bu yolda nə ki, var, varını peymanə üçün.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info