Qonaq Kitabı
Yar hali-zarimi gördükcə, zar ağlar mənə

Yar hali-zarimi gördükcə, zar ağlar mənə,

Göz yaşın cari qılıb, biixtiyar ağlar mənə.

 

Görsənir cövrü cəfasından pəşiman olduğun,

Gəlmiş axır rəhmə, ol bietibar, ağlar mənə.

 

Eşq səhrasında bir yorğun düşən divanəyəm,

Görsə, gər, bu halimi kafir yanar, ağlar mənə.

 

Bir gülüstanəm ki, soldum gəlmədən vəqti-bahar,

İmdi hər əsdikcə badi-növbahar ağlar mənə.

 

Qətreyi-əşkinə, Bədri, eylərəm min can fəda,

Gər yəqin etsəm öləndə nazlı yar ağlar mənə!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info