Qonaq Kitabı
Olmuş övladi-vətən zülmü sitəmdən bağrı xun!

Olmuş övladi-vətən zülmü sitəmdən bağrı xun!

Əl çək, ey birəhm, zalim, əl çək, ey cəlladi-dun!

 

Keçsə min illərlə dəsti-düşmənə xaki-vətən!

Keçmərik xaki-vətəndən, olmarıq zarü zəbun.

 

Vermərik xaki-vətəndən qeyriyə bir qəbzəsin,

Olsa səhralar bizim, kər qanımızla laləgun.

 

Fəxr qılma xəncəri xunrizinə Zöhhakvar,

Çox sənintək kimsəni dövran edibdir sərnigun.

 

Bədriya, əvvəl hilal idinsə imdi bədrsən,

Saç qələm nurin, səpahi-zülmət olsun vajkun!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info