Qonaq Kitabı
Gördüm ol gün ki, rəqibim sənə mehman oldu

Gördüm ol gün ki, rəqibim sənə mehman oldu,

Lalətək bağrım əlindən, gözəlim, qan oldu,

 

Atəşi-ahim ilən yaxdım o gün can mülkün,

Eylə viran elədim xak ilə yeksan oldu.

 

Çəkirəm nalə yanıq ney kimi hicranında,

Sanma hicranını, ey məh, mənə asan oldu.

 

Bəslərəm vəslinin ümmidini, kərçi, dildə,

Olmadı axırı qismət mənə, hicran oldu.

 

Bədriya, söylədi nagah mənə bir hatifi qeyb,

Yatma, qafil, bir ayıl, dərdinə dərman oldu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info