Qonaq Kitabı
Məhrəm ol, zülfi-nigar içrə dolan şanə kimi

Məhrəm ol, zülfi-nigar içrə dolan şanə kimi,

Etmə zəncir onu öz boynuna divanə kimi.

 

Gəl, bizimlə dur otur, söhbət edib, həmbəzm ol,

Qaçma bizdən, nə baxırsan bizə divanə kimi?

 

Zülfünün bir telini badi-səba əsdirsə,

Həsədimdən ürəyim titrər, əsər nanə kimi.

 

Düzmüsən xali-ləbin dövrünə dil mürğü üçün,

Çələ ağzında, yer üzrə səpilən danə kimi.

 

Şəmi-rüxsarını gördükdə nigarın, Bədri,

Yandırıb canını, qurban elə pərvanə kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info