Qonaq Kitabı
DƏLİDAĞLA ZARAFAT

Çiçəyini dərər olsam,

Qayalara sərər olsam,

Könlümü çiçək kimi

Dəliqanlı çobanm

Qızжтa verər olsam,

Neyləyərsən Dəlidağ,

                 mənə neyləyərsən?

 

Öpər olsam min kərə

Bulaq dodaqlarını,

Bir gün içib qurtarsam

Sərin bulaqlarını,

 Bir nərəylə batırsam

Dərə qulaqlarını

Nevləyərsən Dəlidağ,

                 mənə neyləyərsən?

 

Çiçəyini bal edərsəm,

Cığırını yol edərsəm,

Unudarsam etibarı;

Daşlarını ev divarı,

Bülbülü qəfəsə salıb,

Nəğməli bir qul edərsəm

Neyləyərsən Dəlidağ,

                  mənə neyləyərsən?

 

Qartala daş atar olsam.

Tüfəngimi dovşana yox.

Buludlara tutar olsam,

Kəkliyə “kiş” deyər olsam.

Dəmirbuynuz dağ kəlinə

Qayadan düş deyər olsam,

Baldırğanı soyar olsam.

Almanı dişləyər olsam.

Neyləyərsən Dəlidağ,

                  mənə neyləyərsən?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info