Qonaq Kitabı
CIDIR

Bərk qovum atları,

Yorun atları,

Qamçıya dolayın

Yorğun atları.

Sürün dənizlərə

Boğun atları -

Ayğır cavanlara

At gərək deyil.

 

Ay da ki, göylərdə

Olsun nal izi,

Şumlayın yamyaşıl

Çəməni, düzü,

Biçin!

Heç sıxmayın ürəyinizi

Cavan ayğırlara

Ot gərək deyil.

 

Boyat bayatıdan

Söz qaynadan siz,

Özgə naxırına

Söz hayladan siz,

Həyat bir şahmatdır

At oynadan siz,

Elə mat qalmışıq

Mat gərək deyil!..

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info