Qonaq Kitabı
MƏNİ SINDIRMAYIN

Kiçikləri böyüdüb göstərirəm,

Böyükləri üyüdüb göstərirəm.

İnanın ki, düzü düz göstərirəm,

Sındırmağa çalışmayın siz məni.

 

Həqiqətə pəncərə şüşəsiyəm,

Qəlpələnsəm min yerə düşəsiyəm.

Sındıranın gözünü deşəsiyəm,

Sındırmağa çalışmayın siz məni.

 

Eynək üçün biçin, kəsin, bölün siz,

Gözünüzə məni eynək bilin siz.

Tor görəndə gözünüzü silin siz,

Sındırmağa çalışmayın siz məni.

 

Yaşım hələ taleyimin dan üzü,

Bir buz kimi bağlamışam dənizi.

Sındırsanız batıraram mən sizi,

Sındırmağa çalışmayın siz məni.

Gülə-gülə döyüləndən çəkinin,

“Bəli” deyib, əyiləndən çəkinin.

Paltar kimi geyiləndən çəkinin,

Sındırmağa çalışmayın siz məni.

 

Nə görmüşəm, ömür yarı, gün yarı,

Cilovlayın bu yersiz əsəbləri.

Ə1 saxlayın, ey vüqar qessabları,

Sındırmağa çalışmayın siz məni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info