Qonaq Kitabı
AĞLAYA BİLMİRƏM, ANA

Ağlaya bilmirəm, ana,

Gilə-gilə əriməkdən qorxuram.

Şimşəklərlə oynayıram

                     bu dağlara çıxalı,

Küləklərlə dağılıbdır

                     saçlarımın sığalı...

Ətəklərdə yeriməyə,

                     yüyürməyə düz çoxdur.

Üzüm üzlər görübdür,

Görəcəyim üz çoxdur.

Baş qoyub rahat-rahat

                     uymağa diz çoxdur,

Hər dizə də baş qoyub

Ağlamaq olmur, ana!...

Yollarıma qayğıyla

Yağan yağışlar da var,

Ayağıma dolaşıb

                 çilik-çilik doğranan.

        sınan baxışlar da var...

Boyda məndən də uca

Neçə qəlbi xırda var.

Şüşə baxışlar çoxdur

Bir daşla hamısını

Sındırmaq olmur, ana!

Hər qəlbə bir-bir girib

İnam çırağını da

Yandırmaq olmur, ana!

Ürəyimdə ağrılar

Gəzirəm gülə-gülə...

Hər nadan görə-görə

Ağlamaq olmur, ana,

Olmur,

          ay anam, olmur!



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info