Qonaq Kitabı
ÖLÜMƏ TƏRƏF

Gedirik deyə-gülə,

Gedirik ölümgilə.

Gedər-gəlməz yoldu bu,

Kim qayıda, kim gələ?!

Ölüm, qarşıla məni.

 

Piyada səbrimiz yox,

Maşın qəzası nə çox...

Həyat üzük içində, -

Hansı tərəfə qaçaq;

Ölüm, qarşıla məni.

 

Ömür - sinif dəftəri,

Saylıdır varaqları.

Əlimiz yetməz ona,

Təzədən yazaq barı;

Ölüm, qarşıla məni.

 

Hələ tezdir, igidim,

Nəyim var, nə üyüdüm.

İki körpəm gözləyir,

Möhlət ver qoy böyüdüm,

Gəlim, qarşıla məni...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info