Qonaq Kitabı
Qitə

Dünyada on şey ağırdır aqilin zənnincə bil,

Gərçi mümkün olsa indi eylərəm ərzu-hüzur:

Nazi-aşiq, zöhdi-fasiq[i] bəzli-tame,[ii] həzli rəzl,[iii]

Cilveyi-məşuqi-bədşəklü nəzər-baziyi[iv]-gur

Bəd səsin zənguləsi, əbləhlərin alimliyi,

Bəhslə mehmannəvazlıq, həm gəda işlətsə zur.



[i] Zöhdi-fasiq – Günah işlər edənin ibadəti.

[ii] Bəzli-tame – Tamahkarın bəxşişi.

[iii] Həzli-rəzl – Alçaq adamın özgəni məsxərə etməsi.

[iv] Nəzərbaziyi-kur–Korun qaş-göz etməsi.

 

 

 

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info