Qonaq Kitabı
Qitə

Günlərin bir günündə mən nalan,

Ki, varımdı məlali-bipayan;

Oturub bir bucaqda tək tənha,

Danışırdım özüm-özümlə nihan

Gah şeir yazmağa edib iqdam;

Gah çəkərdim məlaldən qəlyan.

Vurdum ol qədr qəlyana qüllab,

Alışıb yandı, etdi nalə fəğan.

Dedi: Heyran əlindən, ey xaliq,

Məni azad qıl, amandır-aman!

Əgər olsam xilas on dörd qaz

Əhd qıldım ki, eyləyəm ehsan! 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info