Qonaq Kitabı
Rica

Səba, o möhtərəm insan hüzuruna yetsən,

Səlamimi yetirib, ərzimi bəyan et sən.

Ki, ey fəqirlər ümidi, pənahı Heyranın,

Qəriblər hamı yardım görər fəqət səndən.

O meyvədən ki, cöviz rəngli şux bir donu,

Biçilmiş əyninə kömlək qızıl bir ətləsdən.

Gahi olar yanar odda əqiq tək büryan,

Duz ilə daş sitəmindən o, gah edər şivən.

Diş altına düşübən gah-gah edər nalə,

Xülasə cövri-fələkdən deyil bir an eymən.

Gözəllərin damağında ləziz əncucək[i],

Lətafətində onu görmüşəm əvəzsiz mən.

Əgər bir az edəsən mən fəqirə ondan əta,

Müqabilində sənə eylərəm təşəkkür mən.



[i] Əncucək – Günəbaxan toxumu, ləpə, iç.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info