Qonaq Kitabı
Şikayət

Məni zəncirdə saxladın, bu yetər,

Doğrusu sən mənə deyilsən ər.

Daima ac, susuz və qəlyansız,

Oturum bu xərabədə nə qədər?

Bilmirəm, ruzigarə neyləmişəm,

Ki, salıbdır kəməndüvə bu təhər?

Etdiyin zülmə, düşdüyüm günümə,

Gah gülüb, gah ağlaram müztər.[i]

Qov qapından, barı xilas olum,

Qıl məni razi, ey sitəmpərvər!



[i] Müztər – Zavallı, dərdli.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info