Qonaq Kitabı
Xəttat

Ey xətti olan misali-yaqut,

Xəttilə verən ürəklərə qut!

Can tək onun hər bir hərfi şirin,

Hər nöqtəsidir səmadə Pərvin.

Oxşar “əlifi” qədinə yarın,

“Sadı” gözüdür o gülüzarın.

“Lami” səri-zülfi-yarə oxşar,

“Mimi” dəhəni-nigarə oxşar.

Əlqissə, xəttindən ey səmənbər,

Şad oldu könül, gözüm münəvvər.

Lütfünlə ənisi-canım oldun,

Xəttinlə xəti-əmanım oldun.

Qəddin mənə sərvi-bustandır.

Saxla onu şaxtadan, amandır!

Nur saçsın üzün cahanə ay tək,

Bədxah üzünə qarə qələm çək!

Durduqca cahan, cavan qal sən,

Hörmətli və kamiran qal sən!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info