Qonaq Kitabı
Məktub

Səba nəsimi, cəlal ilə durmadan bir an,

Hüzuruna, o böyük şahzadənin yollan!

Yetiş hüzuruna, söylə mənim dilimdən ona,

Salam, sonra de: – Ey şahzadeyi-dövran!

Çox ehtiyac varımdır mənim bir az kağıza,

Ümmid tək sənədir, ey gözəllərə sultan!

Nolur kənizlərinə əmr qıl, nökərlərdən,

Sətik xanın yanına göndərə ki, ta ondan,

Alıb mənə gətirə bəlkə bir qədər kağız,

Bu şərtilə ki, hamı həşiyələr ola əlvan.

Məni xidas elə, bu ehtiyacdan, Xatun!

Ki, ta xilas edə hicrandən səni yaradan. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info