Qonaq Kitabı
Sevgi işlətmiş genə yüz min kələk

Sevgi işlətmiş genə yüz min kələk,

Başıma sevda düşüb divanə tək.

Hiyləgər eşqin genə təsiri var,

Kim, mənim qəlbim alışmışdır, yanar,

Xanımanlar yandıran eşq atəşi,

Yaxdı hicranə məni-möhnətkeşi.

Eşq təsiri doğurdu fitnələr,

Saldı könlümdə vətən dərdü kədər,

Tazədən eşq oldu yarım, rəhbərim,

Şöləsində yandı miskin peykərim.

Tazədən düşdü könül yar eşqinə,

Yandı, kül oldu o dildar eşqinə.

Bir baxın dostlar, bu hali-zarimə,

Tabü taqətsiz dili-xunbarim[i],

Dilbərin hicrində canım odlanar,

Ah odundan aşiyanım odlanar.

Sübh ahimdən, fəğanimdən gecə,

Odlanıb yandı görün canım necə?

Qəm oduna odlanıb balü pərim,

Qaldı yerdə bir ovuc xakistərim[ii].

Qopdu qəlbimdən mənim bir öylə ah

Getdi badə, həm gülüm oldu təbah.[iii]

Nə sümük qaldı tənimdə, nə ilik

Hicr odunda oldu kül bir dəfəlik.

Getdi cananım, onunla getdi can,

Əlaman, ey əlaman, ey əlaman!

Getdi canan, qalmadı bar qəmküsar

Biqərarəm, biqərarəm, biqərar

Mən kimi pəjmürdəhal aşiq hanı?

Həsrəti-bəzmi-vüsal aşiq hanı?

Rəhm edin dostlar bu bikəs canıma,

Rəhm edin dərdü qəmü pünhanıma

Rəhm edin bu qəlbi qəmgin aşiqə

Axtarın çarə bu miskin aşiqə.

Çarə tapmaz kimsə, çatmaz dadıma,

Ey səba, rəhm et, yetiş fəryadıma!

Ey səba, ey dərdi-eşqin məlhəmi

Ey səba, ey binəvalər həmdəmi!

Ey səba, ey munisi biçarənin,

Ey səba, ey həmdəmi avarənin!

Ey səba, bikəslərin sən yarısan.

Ey səba, aşiqlərin qəmxarısan!

Ey səba, ey məlhəmi-daği-dilim,

Ey səba, ey bülbüli-baği-dilim.

Ey səba, ey çarəsaz aşiqlərə,

Ey səba, ey dilnəvaz aşiqlərə.

Ey səba, bikəslərin qəmxarisən,

Qəm çəkənlər qasidi ol, bari sən!

Mən də bir biçarəyəm, gəl, rəhm qıl!

Bikəsəm, avarəyəm, gəl, rəhm qıl!

Məskənin həşmətli sultan təxtidir,

Tez yetiş fəryadə, yardım vəxtidir.

Dilsizəm, rəhm eylə hali-zarimə,

Söylə ərzi-halimi dildarimə.

Aç üzün göstər mənə, badi-səba,

O gözəl rüxsarinə canım fəda.

Mən o qəddü qamətin qurbaniyəm,

Mən o rəsmi-adətin qurbaniyəm,

Bu bəlali könlümə, ey nazənin,

Rəhm qıl, bu candı qurbanın sənin.

Can fəda qıldım gözəl, göz-qaşına,

Həm ayağına fəda, həm başına.

Olmusan aşiqlərə yarü pənah,

Tək səni tapmış yazıqlar xeyrixah.

Tut əlimdən, mən də bir biçarəyəm,

Bivəfa, cövrilə bəxti qarəyəm.

Bağlanıb zülfün kəməndinə könül,

Bağlanıb didar bəndinə könül.

Quş kimi qəlbim o zülfə bəstədir[iv],

Eşq dərdilə bu canım xəstədir.

Mən rəqibin zülmü ilə inlədim,

Çox şəmatət[v], çox acı söz dinlədim.

Ey məhəbbət aləmindən bixəbər,

Səndə yoxdurmu ədalətdən əsər?

Ey səba, ey gülcəmal, ey sehrkar,

Gahi gizlin işləyən, gah aşikar.

Rahi-eşqə əvvəl ol qoydu qədəm,

Gah məhəbbət, gah vəfadan vurdu dəm.

Verdi yüzlərcə məhəbbət badəsi,

Oldu ta könlüm onun iftadəsi[vi].

Söylədi: baği-vəfadə bir güləm,

Həm məhəbbət bağçasında bülbüləm.

Kimsədə yox məndəki mehrü vəfa,

Olmaram mən başqalar tək bivəfa.

Əlqərəz, o bivəfa, o qəlbi daş,

Əhdü peymanında qıldı çox təlaş.

Gördü çün könlüm əsir olmuş ona,

Tez dəyişdi, girdi özgə bir dona.

Kuyi-eşqində bu gün avarəyəm,

Bir satılmış qul kimi biçarəyəm.

Ovçudan bir yarə almış ov kimi,

Bir çıxılmaz dərdə salmış qəlbimi.

Ey səba, çatsan onun dərgahına,

Qoy yerimə baş o xaki-payına.

Xidmətinə çatcağın o dilbərin.

Sürt ayaqlarına öz kirpiklərin.

Ey səba, çatsan o yarın yanına,

Söylə, qurbandır bu canım canına.

Ey olan varlıq bağında tazə gül,

Bəzmi-eşqə salmısan avazə, gül.

Ey böyüklük bürcünə bədri-təmam[vii],

Bir qərib aşiq sənə söylər səlam,

Ey səba, söylə o sərvi-nazə sən,

Ərzi-halim, dərdimi qıl tazə sən.

Söylə: Heyran, o qəribi-dərbədər,

Firqətindən çox şikayətlər edər.

Söylə, ey eşqi edən səbrin tamam,

Astanəndir mənə beytül həram[viii].

Ey bütün bikəslərə munis olan,

Ey yazıqlar dərdinə çarə qılan,

Ey cünun[ix] əhlinə qasid, ey səba!

Tez yola düş, çat o zalim yarıma,

Bivəfa yarın hüzurində dayan,

Et bütün əhvalımı bir-bir bəyan.

Sən dilimdən de ona: Ey şux nigar

Rəhm elə, qəmxarim ol istəkli yar.

Sən vəfasızlıq bağında barsən.

Bivəfasən, qıl buna iqrar sən!

Ənbəri-zülfün həlak etmiş məni,

Gözlərin şəhlası xak etmiş məni.

Bəs deyilmi ey gözəl, ey dilrüba,



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info