Qonaq Kitabı
Qəmi olmaz o kəsin, yarı mehriban olsa

Qəmi olmaz o kəsin, yarı mehriban olsa,

Yüz təəssüflər əgər mən kimi nalan olsa.

 

Qoy ürək hicrdən atəşlərə yansın nə qəmim,

Demərəm uf da gözüm yaşı dönüb qan olsa.

 

Məni kim qarğadı yarəb, onu düşsün dərdə,

Neylərəm mən ümüdim bağçası viran olsa?

 

Vəslə yoxdur gümanım, səbr edərəm ya rəbbim,

Ol rəqibin də işi ah ilə əfğan olsa.

 

Qəmi-hicrinə dözən dəhridə yoxdur mən tək,

Ümüdim min gül açar yar mənə mehman olsa.

 

Talein əmri budur, incimə ondan Heyran,

Eşqinə kim inanar vəslətin asan olsa.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info