Qonaq Kitabı
Sənlə birgə oturmaq istərdim

Sənlə birgə oturmaq istərdim,

Təzədən əhdi qurmaq istərdim.

 

Tərk edib mən utanmağı, arı,

Qəm əlindən qurtarmaq istərdim.

 

Atıb abidliyi, riyanı tamam,

Təsbehi indi qırmaq istərdim.

 

Dünyada rənglər bütün heçdir,

Mənsə bir rəngi vurmaq istərdim.

 

Hər nə etmişsə, puç olub Heyran,

Bütpərəst ol ki, olmaq istərdim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info