Qonaq Kitabı
Yasəmən zülfünü ey məh yenə çin-çin etdin

Yasəmən zülfünü ey məh yenə çin-çin etdin,

İsəvi eyləyərək zahidi bidin etdin.

 

Səni ram eyləyən ol aşiqə eşq olsun, eşq,

Sən bu ram olmaq ilə hər kəsi məftun etdin.

 

Qəsəm o tanrıya, bir ləhzə mənə eylə əyan,

Söylə abid, nə ilə qəlbini zərrin etdin?!

 

Məni qəmxanəyə göndərdin, özün də baxdın,

Bu təmaşa nə üçünmüş, bunu neyçün etdin?

 

Bəlkə heç baxmamısan, Allaha and iç inanım,

De, bunu bilmədin etdin, ya da bildin etdin!

 

Gələ bir gün biz əvəz eyləyək etdiklərinə,

Birinə razı olarsanmı ki, sən min etdin?!

 

Hicrinə, zülmünə dözdüm yenə sağ qaldı tənim,

Elə, həqqindi, nə etdin hamısın çin etdin.

 

Bir udum eşq verib aldın əlimdən canımı,

Belə müamiləni sən necə qıydın, etdin?

 

Bircə boş sözlə təsəlli verib bu Heyranə,

Özgə məhbublarını eşq ilə məcnun etdin. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info