Qonaq Kitabı
Ol ləl ləbindir, ya nabatdı?

Ol ləl ləbindir, ya nabatdı?

Ya mənbəi-çeşməyi həyatdı?

 

Bir busə bu aşiqə əta et,

Möhtacdı, nə versəniz zəkatdı.

 

Tən et məni, ya nəvaziş eylə,

Hər nə desən aşiqə nicatdı.

 

Can verməyə hazıram yolunda,

Hicrin üzü könlümü qanatdı.

 

Sənsiz gözümün yaşı dayanmaz,

Hər qətrəsi Dəclədi, Fəratdı.

 

Dözməm bu fərağına cahanda,

Çün ayrılığın mənə məmatdı[i].

 

Eşqin kədəri, qəmi azaldar,

Mehrin boğulanlara qanatdı.

 

Əfsus ki, tutmur eşqilə səbr,

Bir yerdə görünməyən təzaddı.

 

Heyran, yenə döz, səbirli ol sən,

Kim səbr elədi, o, kama çatdı.



[i] Məmat – Ölüm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info