Qonaq Kitabı
Gözlərim sənsiz haçan boş evə, eyvana düşər

Gözlərim sənsiz haçan boş evə, eyvana düşər,

Alar öz başına dünyanı dil, əfğanə düşər.

 

Tapmasam evdə səni, görməsəm o hüsnünü mən,

Soyuyar əl-ayağım, qol-budağım yanə düşər.

 

Yarımın mənzilini gər isidə başqa adam,

Xəstələnmiş ürəyim odlanar, həycanə düşər.

 

Dilbərin gəzdiyi o bağa dönüb baxsam əgər,

Gözlərim yaş tögər ah, könlüm evi qanə düşər.

 

Bir ovuc torpaq olaydım – dedi Heyrani-həzin

Bəlkə yarın yolu bir gün yenə bu yanə düşər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info