Qonaq Kitabı
Kimdi eşqində sənin, ey gül, giriftar olmasın

Kimdi eşqində sənin, ey gül, giriftar olmasın.

Kimdi dilbər, hüsnünə canla xiridar olmasın.

 

Kimdi o arif kim, aşiq olub şux ruyinə,

Vəqf edib canın sənə aşiqi-bizar olmasın.

 

Mənə ey mahi-cəbinim, hüsnünü görmək çətin,

Bu səbəbdən məhzunam, dil neyləsin, xar olmasın.

 

Qorxuram ki, ruyini görcək mənim çıxsın canım,

Canda canlıq qalmayıb – çıxsın, mənə yar olmasın.

 

Sənə qurban kəsməyə yalnız mənim canım qalıb,

Qorxum ondadır bu da, layiq, səzavar olmasın.

 

Sən ümid etdin ki, Heyran, o sənin yarın olar,

Kəs ümidin ey fəqir, qorx vəsli-dildar olmasın.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info