Qonaq Kitabı
Ey sarban, rəhm et mənə bir bax ki, cananım gedir

Ey sarban, rəhm et mənə bir bax ki, cananım gedir,

Qoy getməsin o sərv boy, səbr ilə imanım gedir!

 

Düşdüm o gəncdən ayrı mən, qıvrıldı canım qüssədən,

Qıvrım saçında gizlənib bu aşikar canım gedir!

 

Qəddim büküldü hicrdən, ləşkər çəkib dərd ilə qəm,

Yol eyləyib hər səmtdən Dəclə kimi qanım gedir!

 

Çox çəkmişəm fəraqını, vurub mənə qəm dağını,

Aç ətirli qucağını ey gül, xuramanım gedir.

 

Sən hicranı görsən əgər, Heyran, ona de müxtəsər,

O sərv boylu bəxtəvər, gül üzlü Heyranım gedir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info