Qonaq Kitabı
Ey mürği-Süleymani, qalx, bir də pərəfşan ol!

Ey mürği-Süleymani, qalx, bir də pərəfşan ol!

Get xidməti-cananə, xoş dillə qəzəlxan ol!

 

Ey qəmli könül, durma, get başına qıl çarə,

Ver qəlbini dildarə, həmsöhbəti-rindan ol!

 

Vur sən cahana atəş, tap da özünə bir əş,

Minnət yemə, zəhmətkeş, nə xadimi-sultan ol!

 

Ey xatiri-dil pürqəm,[i] tərk et özünü bir dəm,

Nə vəsli təmənna qıl, nə bəndeyi-hicran ol!

 

Tərk et iki dünyani, bu aləmi idrak et,

Nə məzhəbə ol talib, nə peyrovi-iman[ii] ol!

 

Nəfsin ki, deyil xorsənd, etdi səni sərgərdan,

Nə aləmə bel bağla, nə tabei-şeytan ol!

 

Asudəlik istərsən, dünyadan uzaqlaş sən,

Keçmişlərə et tövbə, təqsirinə peşman ol!

 

Boşdur görünən aləm, hər pərdəsi min bir qəm,

Yar vəslinə çat hərdəm, aşüftəvü Heyran ol!

 

Düş bəhri-məhəbbətdə bir qütə[iii] vurub çıx sən,

Hər bir şeyi tərk eylə, tək bəndeyi-canan ol!

 

İstərsən əgər şahlıq, şöhrət, əzəmət, hörmət,

Həm əhdə vəfa eylə, həm faili-peyman[iv] ol!

 

Yol torpağına Heyran, can nəqdi nisar eylə,

Ol şahə özün Heyran, bir ləhzədə qurban ol!



[i] Pürqəm – Qəmlə dolu, çox dərdli.

[ii] Peyrövi-iman – Iman tərəfdarı.

[iii] Qutə – Suya cummaq, suya baş vurmaq.

[iv] Fayili-peyman – Sədaqətli adam, vəfalı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info