Qonaq Kitabı
Etdi məşhuri-cahan ol büti-fərzanə məni

Etdi məşhuri-cahan ol büti-fərzanə məni,

Qoymadı rahət olam bu dili-divanə məni.

 

Aldı dünü dilimi eşqi çəkib Kəbəyə gah,

Etdi sevdası gəhi azimi-bütxanə məni.

 

Eşqinə mən düşəli üzmüşəm əl aləmdən,

Qəmə də şadlığa da eylədi biganə məni.

 

Badeyi-eşqi onun gör necə məst etmiş ki,

Daha çəkmir özünə saqiyü peymanə məni.

 

O ay üzlüm nə yaman aldı başımdan huşumu,

Ruzigar içrə əcəb eylədi əfsanə məni.

 

Çünki xaliq onu Heyran, yaradıb şəm sifət

Bu şəm ətrafına da etmiş o pərvanə məni. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info