Qonaq Kitabı
Nə edim, yardən oldum yenə naçar cida

Nə edim, yardən oldum yenə naçar cida,

Oldu güldən aralı, bülbüli-xummar cida.

 

Ey fələk, nalələrim məhv eləyər xanəni bil,

Ki, sən etdin məni ol yardən hər bar[i] cida.

 

Mən kimi hicrə düşən qəmzədəyə qan ağlar,

Badi-səyyar cida, əbri-göhərbar, cida.

 

Qəmi-hicrimdə mənim nalə edər gülşəndə,

Bülbüli-zar cida, xari-sitəmkar, cida.

 

Həsrətinlə axıdar göz yaşını şamü səhər,

Yari-qəmxar cida, düşməni xunxar, cida.

 

Yaxşıdır yar rəqibdən aralı olsa, fəqət,

Indi qoy yardən heç olmasın əğyar cida.

 

Ah, Heyran! Nə edim, bu qəmü möhnət çoxdur,

Məni yardan elədi gərdişi-qəddar cida.



[i] Bar – Dəfə, kərrə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info