Qonaq Kitabı
Qümrü göftarınla inlər, bu necə göftardır?

Qümrü göftarınla inlər, bu necə göftardır?

Sərv rəftarınla ağlar, bu necə rəftardır?

 

İnsü cinsü huriyan mayildi məh rüxsarinə,

Söylə dilbər, bu necə mahü necə rüxsardır?

 

Aşiqin bülbül kimi gülzarinə heyran olub,

Cənnət içrə misli yoxdur, bu necə gülzardır?

 

Heç tapılmaz bir nəfər kim, sevməsin didarını.

Ey pərişan, mahpeykər, bu necə didardır?

 

Şerinin şəmilə nalan odlanar aşiqlərin,

Söylə ey Heyran, görək, bəs bu necə əşardır?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info