Qonaq Kitabı
Xurşidi-taban, olmuş nümayan

Xurşidi-taban, olmuş nümayan,

Olmuş nümayan, xurşidi-taban.

 

Zülfi-pərişan, xəm tapmış üzdə,

Xəm tapmış üzdə, zülfi-pərişan.

 

Ol çeşmi-fəttan, əqlimi aldı,

Əqlimi aldı, ol çeşmi-fəttan.

 

Ol tiri-müjgan, sancıldı qəlbə,

Sancıldı qəlbə, ol tiri-müjgan.

 

Ol ləli-xəndan, abi-həyatdır,

Abi-həyatdır, ol ləli-xəndan.

 

Ol guyi-canan min qurban istər,

Min qurban istər, ol guyi-canan.

 

Olmuşam Heyran ol məh cəmalə,

Ol məh cəmalə olmuşam Heyran.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info