Qonaq Kitabı
Fərağın qəlbimizdə kar edibdir

Fərağın qəlbimizdə kar edibdir,

Bu zülmü çərxi-bədkirdar edibdir.

 

O məclisdə özümdən getmiş idim,

Həvayi-vəslətin bidar edibdir.

 

Qəzayə olsun əhsən, afərin ki,

Gədani padişahə yar edibdir.

 

Gülün hicrilə bülbül nalə etmir,

Ona hər nə edibsə, xar edibdir.

 

Qəza Məcnunu saldı guhü dəştə,

Qədər Mənsuri darda zar edibdir.

 

Çəkib şəmşirini dildar, guya,

Rəqibim qətlimə israr edibdir.

 

Sən, Heyran, hicr əlindən nalə etmə,

Sənə bu zülmü, bil, əğyar edibdir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info