Qonaq Kitabı
Əsiri möhnəti-hicran mənəm, mən

Əsiri möhnəti-hicran mənəm, mən,

Qəribü zarü sərgərdan mənəm, mən.

 

O gülzari-vüsalindən uzaqda,

Çü bülbül ruzi-şəb nalan mənəm, mən.

 

Nə mənzil, nə məkan, nə xaniman var,

Cahanda xəsteyi-dövran mənəm, mən.

 

Sənin hicrin ilə, ey şəmsi-taban,

Bulut tək daima giryan mənəm, mən.

 

Bu məclisdə olub pərvanə misli,

O nari-eşqilə suzan, mənəm mən.

 

Əsiri-zülfün içrə yox mənim tək,

Sədaqətlə sənə qurban mənəm, mən.

 

Qanıma təşnəsən sən ey sitəmkar,

Üzünə valehü Heyran mənəm, mən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info