Qonaq Kitabı
Mənəm sərgəştəvü avarə, sənsiz

Mənəm sərgəştəvü avarə, sənsiz,

Qəribü bikəsü biçarə, sənsiz.

 

Necə mən gülşənə azim olum yar,

Edim sərvə, gülə nəzzarə, sənsiz.

 

Ürək hicran qılıncı, dərd oxuyla

Olubdur gör necə sədparə, sənsiz.

 

Olub aləm gözümdə tirəvü tar,

Günəş də, ay da, bir səyyarə sənsiz.

 

Şəbi-hicranda bir özgə işim yox,

Peşəmdir nalə ey məhparə, sənsiz!

 

Sənə təsir etməzsə ahi-Heyran,

Fəqət təsir edir daşlarə, sənsiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info