Qonaq Kitabı
Olum qədəmlərinə mən fəda, xudahafiz

Olum qədəmlərinə mən fəda, xudahafiz,

Mən olmuşam qəminə mübtəla, xudahafiz.

 

Visali-ruyini, candan əziz olan yarım,

Edib hicrilə əvəz bu qəza, xudahafiz.

 

Rəqibi-fitnəkar, aya nə tövr iylə edib,

Ki, eylədi məni səndən cida, xudahafiz.

 

Öz arizusinə düşmən o vaxt çatdı ki, sən,

Atıb məni, elədin bir xəta, xudahafiz.

 

Ürək dolu, gözü yaşlı gedim hüzurindən,

Başımda min qəmi-sevda, bəla, xudahafiz.

 

Nolar, yazıq canımı mən edəm sənə qurban?

O vaxt sən deyəsən: “əlvida, xudahafiz!”

 

Əminəm hicr oduna axırı yanar ol kəs

Ki, gördü Heyrana hicri rəva, xudahafiz.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info