Qonaq Kitabı
Görsə ay, ya ki, günəş nuri-cəmalini sənin

Görsə ay, ya ki, günəş nuri-cəmalini sənin,

Sovurar öz başına xaki-məhalini sənin.

 

Saydı aşıqlar o gül çöhrəni qəlb ayinəsi,

Qiblə etdi ürəfa əbri-hilalini sənin.

 

Harut öz sehrini yaddan çıxarar, görsə əgər

O gözəl gözlərini, seyrü vüsalini sənin.

 

Dirilik çeşməsidir sözlərin ariflər üçün,

Daha üstün sayır onlar ləbi-alini sənin.

 

Tutmağa can quşunu tor ilə dən lazımdır,

Dedilər tor saçını, dən isə xalini sənin.

 

Xızr tək ölməz olar bağrına kim bassa yəqi

O gül əndamını bir də pərü balini sənin.

 

Tanrı odla çiçəyi yan-yana xəlq etmiş ki,

Dərdli Heyran ətrindən duya halini sənin.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info