Qonaq Kitabı
Kədərli könlümü görüb, səba, sən

Kədərli könlümü görüb, səba, sən,

O dilbərə fəğanımı yetir sən.

 

De ki, ey daş ürəkli, zalim ovçu

Vur öldür, ta ki, nalə etməyim mən.

 

Xuda, ustadıma gəl eylə rəhmət,

Mənə aşiqliyi öyrətdi qəlbən.

 

Çıxart yoldan nigarımı, amandır,

Mənə rəhm eyləsin o ruyi rövşən.

 

Nə etmək, qismətim budur, nə çarə,

Vüsaliylə neçin olmur könül şən.

 

De, söylə, yar, səni kim öyrədib ki,

Məni anmaqla keçmir bir dəqiqən?

 

Gəl, az qalır fəraq viranə qoysun

Söz mülkünü Heyranın ta təməldən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info