Qonaq Kitabı
Yuxumu, yoxsa həqiqətdi ki, sən

Yuxumu, yoxsa həqiqətdi ki, sən

Xəstə könlüm, yarını görmədəsən?!

 

Nə vüsaldır bu qəribin yoxsa,

Canını aldı o canan əhsən?!

 

Lərzəyə düşdü canım, həm ürəyim

Qan içən dilbəri gördükdə nədən?!

 

Eylə təşvişə düşübdür ruhum,

Bilmirəm harda gül, hardadı tikən.

 

Həm müsəlmanlıq əlimdən çıxdı,

Həm də kafər xaçını atdım mən.

 

Həm ürək yandırıcı yaş tökdüm,

Həm də atəşli bir ak çəkdim həmən.

 

Gör qara baxtımı ki, Heyranı

Məhrum etdi yarının hüsnündən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info