Qonaq Kitabı
Yarın on dörd gecəlik ay kimi simasına bax

Yarın on dörd gecəlik ay kimi simasına bax,

Ətri-ənbər qoxuyan telləri burmasına bax.

 

Bilmirəm qövsü qüzəhdir, ya igidlər kamanı.

Qiblə tək qaşlarının sorğuda durmasına bax.

 

Ovlayar bir baxışıyla neçə minlərlə gözəl,

O qara gözlərinin sehrinə, sövdasına bax.

 

Sanki cənnət gülü tək ağzı həyat mənbəidir,

Dürrü gövhərlə dolu yaquti-həmrasına bax.

 

Cəlb edir can quşunu danə tək ağ üzdə xalı,

Hələ gur saçlarını tor kimi qurmasına bax.

 

Dolu xəzinədir ay üzlü nigarın sinəsi,

O ilan saçlarının pusquda durmasına bax.

 

Heyranın sərv kimi qaməti nun olmuşdur,

Gəl yarın qamətinin zərb ilə vurmasına bax.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info