Qonaq Kitabı
Bir nocavanın eşqi ilə odlara yandım

Bir nocavanın eşqi ilə odlara yandım,

Könlüm oda düşdükdə bütün aşkara yandım.

 

Ol qönçə dəhən, sərv boy, ay üzlünü görcək,

Çırpındı ürək quş kimi, düşdü nara, yandım.

 

Olay paranın zülfünə axır əsir oldum,

Ancaq fəqanım yetmədi ol dildara, yandım.

 

Nəql etsə idim möhnətimi yanmayacaqdım,

Faş eyləmədim dərdimi ah, dostlara, yandım.

 

Pərvanə kimi atəşi-ruyində dolandım,

Heyran olub axır mən o kəcrəftara, yandım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info