Qonaq Kitabı
Ey yar, bu gün artıq ciyərim qanə dönübdür

Ey yar, bu gün artıq ciyərim qanə dönübdür,

Könlüm duyub hicranımı zindana dönübdür.

 

İnsafdan əsər yox, ürəyində, deyəsən ki,

Uğrunda yarın aşiqi-nalana dönübdür.

 

Hicran oduna düşdü, yazıq, quş kimi könlüm,

Gəl gör o qanadsız necə üryanə dönübdür.

 

Ay üzlü nigarım bizə gəl, yaxşı nəzər sal,

Gör, bir canımız var, o da qurbana dönübdür.

 

Səndən savayı başqa yarım dünyada olsa,

Aləm görəcək göz yaşım ümmanə dönübdür.

 

Tacir deyiləm, vəslinə sərmayə yoxumdur,

Bircə ürəyim var, o da əfqanə dönübdür.

 

Rəhm eylə, gülüm, dön geri, Heyranı sevindir,

Əğyar desin... “Yarı dönübdur, nə dönübdür”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info