Qonaq Kitabı
Nə xoşbəxtdir o aşiq ki, görür gizlində cananı

Nə xoşbəxtdir o aşiq ki, görür gizlində cananı,

Açır qəlbindəki sirri, tamamən dərdi-pünhanı.

 

Mən istərdim öpəm yarın o xaki-pakın həsrətlə,

Hanı, məndə bu sövdayə cəsarətdən nişan hanı?

 

O yerlərdən yolum düşsə, qapında kim keşik çəksə,

Gedib səcdə edərdim ki, qəbul etsin bu mehmanı.

 

Mənim tək min-min avarə oturmuşdur yolun üstə,

Sənə xidmət edən çoxdur, sür ey dilbər bu dövranı.

 

İtib könlüm siyah zülfündə cananın, xəbər yoxdur,

Çox axtardım o yerlərdə, görən hanı, tapan hanı...

 

Əgər bülbül o saçdardan, o gözlərdən xəbər tutsa,

Paxıllıqdan fəğan eylər, vətən etməz gülüstanı.

 

Yolun üstə yazın: Heyran çəkir nalə Züleyxa tək,

Fəqət sən dinləməz oldun bu fəryadı, bu əfqanı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info