Qonaq Kitabı
O şuxə sən çəmənzarə xüram ilə girərkən bax

O şuxə sən çəmənzarə xüram ilə girərkən bax,

Ayağına süsən sünbül vücudini sərərkən bax.

 

Qədəm qoycaq gülüstana cavan yarım, vüsalilə,

Çiçəklər, sərvlər, güllər önündə can verərkən bax.

 

Qara zülfü bəyaz üzdə gözəldən də gözəl durmuş,

O qıvrım telləri çin-çin sağa-sola hörərkən bax.

 

Düzülmüş ləldən sanki qədəhlər, qönçələr üzdə,

O qönçə ləblərə bir dəm, murada sən irərkən bax.

 

Çəməndə gül-çiçək solmuş cəmalını görən gündən,

Yazıq bülbül gülüstanı xəcalətdə görərkən bax.

 

Canı qurban dedim süzgün baxışlarçin cavan dilbər,

Zəmanə düşmənim olmuş, ölümçün at sürərkən bax.

 

Həyata bağlanan bülbül vüsala mahnılar söylər,

Sənə Heyran olan yara, kədərli gün süraərkən bax.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info