Qonaq Kitabı
Yol vermə gələ məclisə əğyari, məsəl var

Yol vermə gələ məclisə əğyari, məsəl var:

Milçəkləri qənddən, gözəlim, çünki qovarlar.

 

Zindanda, qəfəsdə sanıram könlümü sənsiz,

Sənsiz nə gülüstan mənə xoşdur, nə çəmənzar.

 

Vay o kəsin əhvalına, təyin edə bilmir,

Zəng səsləridir, yoxsa ki, bülbüldür edən zar.

 

Avarə düşən qəlbimin ahi məni üzdü,

Əfsus, doyunca üzünü görmədim, ey yar.

 

Heyran sənə qurban, yanına qoyma, rəqibi,

Əğyara könül vermə sən ey yari-vəfadar. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info