Qonaq Kitabı
Ey həzin badi-səba gör o məhi-tabanı

Ey həzin badi-səba gör o məhi-tabanı,

De, bu xəstə qocada ayrılığa tab hanı?

 

Yandırır göyləri atəş kimi ahim yeksər,

Göz yaşımsa bürüyüb sel kimi, bu dünyanı.

 

Ay üzündən utanıb gendə durur göydəki ay,

Qaməti valeh edib, sərvlə, sərvistanı.

 

Görəsən rast gələcəkmi o gözəl bir də mənə,

Olacaqmı yenə fürsət ki, görüm cananı?

 

Könlümün dərdlərini söylə o mahir həkimə,

Bəlkə insafa gətirdin can alan loğmanı.

 

Vəslə yetməzsə könül, saxlaya bilməz heç kim,

Gözlərimdən belə Ceyhun tək axan al qanı.

 

Ürəyim, canım alışmış, nə həyatım qalmış,

Məni qurbanə çevirmiş yarımın hicranı.

 

Eşqdə sadiqəm, ey gül, bunu yaz baş daşıma,

Tanısın cümlə-cahan qoy bu şəhid Heyranı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info