Qonaq Kitabı
Altı yerdən yenə, hicran xəbərim gəldi mənim

Altı yerdən yenə, hicran xəbərim gəldi mənim.

Getdi cananım əlimdən, gülənim güldü mənim.

 

Yox ümid vəslinə ay üzlü o şuxin heyhat,

İşim indi böyük Allaa təvəkküldü mənim.

 

Xaliq etsin məni qurban o gülün torpağına,

Çünki könlüm, nə edim, bir buna qabildi mənim.

 

O əgər aşiqinin üstünə xəncər çəksə,

Görəcək razi-niyazım göyə yüksəldi mənim.

 

Həsrətindən onun, Heyran, eləyim ahü-fəğan,

Eşidib bəlkə səsimdən halımı bildi mənim.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info