Qonaq Kitabı
Dilbərim saldı nəzərdən, necə biganə məni

Dilbərim saldı nəzərdən, necə biganə məni,

Etdi biganə bütün ömrə və dövrana məni.

 

Görüm əğyari-fələk kamına çatdırmasın heç,

Çünki, həsrət o qoyub dünyada cananə məni.

 

Bu fələk mən kimi bir taleh kəm tapmadımı?

İmtahan etmək üçün saldı bu hicranə məni.

 

Keçdi gün, keçdi cavanlıq, qara bəxtim əmma,

Yetməyə qoymadı bir dilbəri-xəndanə məni.

 

Bu çəmənlər ki, nəhayət, solacaqmış, yarəb,

Nə üçün saldın axır səhni-gülüstanə məni?!

 

İndi ki, sevgilimin mehrü vəfası yox imiş,

Mən öləndən sonra nə faydası var anə məni.

 

Saldı əldən bu yazıq Heyranı yar həsrəti, ah

O sitəmkar neçə gör eylədi divanə məni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info