Qonaq Kitabı
Qəlbimdə məkan edən o dilbər

Qəlbimdə məkan edən o dilbər

Getdi taladı bu canı yeksər.

 

Bundan da böyük cəza olarmı,

Qıydı mənə etdi o siminbər.

 

Mən var ikən, ah, gözəl nigarım,

Əğyar ilə kef çəkir bərabər.

 

Bir gün çıxaram itaətindən,

Tale mənə də olarsa rəhbər.

 

Vallah çataram murada mən də,

Insaf edə bilsən, ey dilavər.

 

Bəxt ulduzumun qaraldı bəxti,

Çün bürcü uğursuz oldu yeksər.

 

Rəhm eyləmədi nədəndir, əfsus,

Öz aşiqinə o zülmpərvər.

 

Heyran ki, fəraqə düşdü, ey vah!

Gəl gör özün halın, ey sitəmkər!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info