Qonaq Kitabı
Səba, səndən ricam vardır yaxasın get aç ol yarın

Səba, səndən ricam vardır yaxasın get aç ol yarın,

De, rəhm etsin, düyünləşmiş işi bu aşiqi-zarın.

 

Əgər İsa kimi tazə həyat vermək dilərsənsə,

Gül hərdən bir, danış yarım, gülər olsun o rüxsarın.

 

Kəməndi-zülfünə salma, məni sıxma, qəmər üzlüm,

Əzəl gündən dilər bülbül səfasını çəmənzarın.

 

Mənim qətlim üçün bil ki, kifayətdir nazın, canan,

Əgər öldürmək istərsən, açılsın gül dodaqların.

 

Mən hicran xəstəsi oldum, dəva-dərman vüsalındır,

Cəfa çəkdim, yetər artıq, cavab istər cəfakarın.

 

Ziyan yox, köynəyin, zülfün düyünlü qalsın ey dilbər.

Heç olmazsa de: “Qoy ölsün, yazıq Heyran, ziyankarın”. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info