Qonaq Kitabı
Üstümə qəm qoşunu çəkdi o dilbər nə üçün?

Üstümə qəm qoşunu çəkdi o dilbər nə üçün?

Qəlbimə saldı kədər, etdi mükəddər nə uçün?!

 

Mən kimi namü nişansız adamın qətlinə bəs,

Zülm bayrağını qaldırdı o sərvər nə üçün?!

 

Pis idim, köçdüm o yerdən, baş alıb getdim mən,

Olmusan düşmənə sən sevgili yavər nə üçün?!

 

Oturub qeyr ilə sən badə içirsən, gözəlim,

Könlünü yadlara satdın, a dilavər nə üçün?

 

Zülmü işgəncə əziz sənət olub indi sənə,

Rəhmi tərk eyləmisən söylə sərasər nə üçün?

 

Qan içən düşməni sevmək də məhəbbətdirmi,

Bu nəvazişləri görsün bütün ellər nə üçün?

 

Ay cəmallım sənə vurğundu yazıq Heyranın,

Qədrini bilməmisən ey sözü gövhər nə üçün?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info