Qonaq Kitabı
Çəmənlikdən yolun düşsə səba, gülzarə, əlbəttə

Çəmənlikdən yolun düşsə səba, gülzarə, əlbəttə,

Yetir ərzü səlamimi bizim dildarə, əlbəttə.

 

O yerlərdən ötüb keçsən danış dostum, məlalımdan,

Öz əhdindən dönən yarə danış dübarə, əlbəttə.

 

Danış Yusifə Kənandan, o pir olmuş cəfakardan,

Danış bu eşqi nalandan o, gülüzarə əlbəttə!

 

Əzizim, qürbəti tərk et, bu dərdli yarına rəhm et,

Vətən cənnət olar, gəlsən bizim diyarə, əlbəttə.

 

Desən ey xublər şahı, dözülməz olmuş əhvalım,

Dilim sızlar, gözüm ağlar, günüm də qarə, əlbəttə.

 

Cəmaət içrə söylərsən pərişan halını mütləq,

Bu Heyranın o qəddarə, o qarətkarə, əlbəttə. 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info