Qonaq Kitabı
Cananımı min şükr o sübhana, yetirdi

Cananımı min şükr o sübhana, yetirdi,

Qəmdən məni vəslin əli cananə yetirdi.

 

Dil mürğün əsir eyləyərək, eşq kəməndi,

Bir lanə[i] deyə zülfü-pərişanə yetirdi.

 

Atdım cilovun üstünə o eşq atının mən,

Düşsün deyə könlüm tora bu yanə yetirdi.

 

Neylim ki, gözəllik bağının, ey üzü göyçək,

Birdən açarın bəxtim o bağbanə yetirdi.

 

Yarəb, iki dünyadə, görüm, kamına çatsın

O kəs ki, məni sevdiciyim canə yetirdi.

 

Könlüm niyə qəşş etdi – bunu bilmirəm ancaq,

O dəm ki, səni bəxt özü Heyranə yetirdi.



[i] Lanə – Yuva.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info